Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobus marşrutlarında sərnişin sıxlığı nəzərə alınaraq həmin istiqamətlərdə reyslərin sayı artırılır.
Bu barədə BUTA.TV-a Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində o cümlədən, Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən avtovağzalların kassalarından əldə edə bilərlər.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək