Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov deputat seçilib.
Belə ki, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairədə 63.09 faiz səslə Azad Novruzov lider namizəddir.
V.Talıbovun oğlu Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən isə budəfəki seçkilərdə Xumar Məmmədova deputat mandatı qazanıb. O, 55.40 faiz səslə qeyd edilən dairədə birincidir.
X.Məmmədova Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək