Azərbaycanda vəzifəli şəxs onu şantaj edən tələbə sevgilisini boğaraq öldürdü

10:50 - 3 Sentyabr 2024 - KRİMİNAL

 Azərbaycanda vəzifəli şəxs onu şantaj edən tələbə sevgilisini boğaraq öldürdü

Ötən ilin dekabrında Abşeron rayonu ərazisində öldürülən 1994-cü il təvəllüdlü Nailə Quliyevanın (ad-soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.

Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinə görə, onların arasında münasibət olub və Nailə Quliyeva bundan sui-istifadə edib. Məmmədovun iddiasına görə, Nailə onu münasibətdə olarkən çəkdiyi foto ilə şantaj edib və bu, davamlı hal alıb. Təqsirləndirilən şəxs bildirib ki, şantaj nəticəsində hətta çalışdığı kollecdən istefa vermək məcburiyyətində qalıb.

Hadisə günü isə S.Məmmədov şəxsi avtomobili ilə Abşeron rayonu ərazisində hərəkətdə olarkən Nailə onu öz maşını ilə təqib edib. Bu zaman qadın S.Məmmədovun avtomobilinə arxadan bir neçə dəfə zərbə endirib. Daha sonra avtomobili saxlayaraq Nailə Quliyevaya yaxınlaşan şöbə müdiri, tələbəni boğaraq qətlə yetirib.

O, daha sonra polisə zəng edərək adam öldürdüyü barədə məlumat verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol