Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.
Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.
Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.
- Polşa səfiri XİN-ə çağırıldı
- Dudadan Bakını qəzəbləndirəcək açıqlama
- Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilər - Foto
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi