Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı məmnunluqla qeyd olunub.
İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulanıb.
Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.
İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək