Adətən 6 saat, bəzən daha az yatıram. Amma siz məndən bu məsələdə nümunə götürməyin.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kızıl şəhərində məktəblilərlə görüşündə deyib.
“Yalan danışmaq yaxşı deyil, düzünü deyəcəm. Bu gün dörd saat yatmışam. Bu kifayət deyil. Beləliklə, mən adətən təxminən altı saat yatıram”.
O bildirib ki, az yatmağının səbəbi işinin çox olmasından irəli gəlmir:
“Məşğul olduğum üçün yox, iş günümü düzgün təşkil edə bilmədiyim üçün az yatıram. Hər bir insan etdiyi hər işdə özünə tənqidi yanaşmalıdır. Və nəticə çıxartmalıdır. Mən bunu etməyə çalışacağam, sizə də məsləhət görürəm”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı