Misir Prezidenti Əbdülfəttah Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Türkiyə PUA-larının Misirə tədarükü ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb.
“Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq. Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. Tərəflər Aralıq dənizinin şərq hissəsi, Liviya və digər regional məsələləri də ətraflı müzakirə edəcəklər”, - məlumatda deyilir.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı