Ötən gün keçirilən Milli Məclisə seçkilərdə ən ciddi reqabətin getdiyi dairələrdən biri də 33 saylı Xətai seçki dairəsi idi.
BUTA.TV xəbər verir ki, bu dairədə əsas rəqabət Zahid Oruc və Natiq Cəfərli arasında gedirdi. MSK-nın elan etdiyi nəticələrə görə, Zahid Oruc hazırda 58%-lə (məntəqələrin 99,1%-nin nəticələrinə görə) liderdir.
Xüsusilə qeyd edək ki, 33 saylı dairədə ciddi rəqabətin getməsinə baxmayaraq, rəqiblər bir-birinə qarşı olduqca etikalı davranışları və siyasi intellektləri ilə diqqət çəkdilər. Maraqlıdır, Natiq Cəfərli rəqibi Zahid Orucu qalib gəlməsi münasibəti ilə təbrik edəcəkmi?
Bu barədə saytımıza açıqlamasında N.Cəfərli bildirib ki, hüquqi prosedurlar davam edəcək:
“Hələ bilmək olmaz Zahid müəllim udacaq, ya yox? Yaxud o dairə ləğv olunacaq, ya olunmayacaq. Çünki çoxlu sayda pozuntu var, bununla bağlı əlimizdə faktlar mövcuddur.
Əvvəl MSK-ya, sonra məhkəmələrə müraciət edəcəyik. Bütün bunların sonunda qanun pozuntularına yol vermiş məntəqələrin nətəcələri ləğv edilsə və bu, dairədə seçkinin nəticəsinə təsir göstərməsə, Zahid bəy qalib olsa,o zaman təbrik edəcəm”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı