Ermənistanın Baş naziri Nikool Paşinyan son brifinqində Ruben Vardanyanla bağlı açıqlaması ilə Bakının mövqeyini birbaşa dəstəklədi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni “azərbaycanşünas” Tatev Ayrapetyan deyib.
O, N.Paşinyanın Vardanyanın həbsini dəstəklədiyini bildirib:
“Paşinyan soruşur ki, Vardanyan Rusiya vətəndaşı idi, sonra birdən bundan imtina etdi və Qarabağa getdi. Onu Qarabağa kim göndərib? Arxasında kim var? Bu, əslində birbaşa Bakının Vardanyanla bağlı mövqeyini dəstəklədiyi deməkdir. O, demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda sözlərini cümlə-cümlə təkrarladı”.
Xatırladaq ki, Prezident İlham Əliyev hələ 2022-ci ilin 17 noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən hələ o zaman Qarabağda olan separatçı Ruben Vardanyan haqda danışıb. “Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, – Prezident bildirib.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı