Yox oluruq, demoqrafik əməliyyat lazımdır - Rus alim

07:02 - 2 Sentyabr 2024 - GÜNDƏM

 Yox oluruq, demoqrafik əməliyyat lazımdır - Rus alim

Rusiyada gələcəkdə ölkə əhalisinin tamamilə yox olmasının qarşısını almaq üçün xüsusi “demoqrafik əməliyyat” həyata keçirmək lazımdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun direktoru Albert Baxtizin deyib.

O, problemin fəlakətli olduğunu qeyd edib:

"Biz ildə 500-600 min insan itiririk. Bu, ərazinin böyüklüyünü, iqtisadiyyata tələb olunan artım tempini saxlamaq üçün xeyli sayda insanın ehtiyacını nəzərə alsaq, milli təhlükəsizliyə təhlükə yaradır. Beləliklə, bu gün ən vacib vəzifələrdən biri ölkə əhalisinin sayını artırmaqdır".

Baxtizin BMT-nin əsrin sonuna qədər Rusiya əhalisinin 120,5 milyon nəfərə qədər azalacağı proqnozunu xatırladıb və bildirib ki, onun rəhbərlik etdiyi mərkəzin göstəriciləri daha pessimistdir:

"Rusiyada doğum nisbətini artırmağın təsirli yolları arasında deurbanizasiyanı - ölkə üzrə əhalinin vahid paylanması və adambaşına düşən yaşayış sahəsinin artırılmasını həyata keçirmək olar".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol