Braziliya X-i blokladı, Maska 24 saat vaxt verdi

14:32 - 31 Avqust 2024 - GÜNDƏM

 Braziliya X-i blokladı, Maska 24 saat vaxt verdi

Braziliya Ali Məhkəməsi ölkədə X sosial media platformasına girişi qadağan edib.

BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məhkəmə X sosial media platformasının Braziliyaya qanuni nümayəndəsinin təyin edilməsi üçün 24 saat möhlət verib.

Bildirilib ki, qərar şirkətin Braziliyada qanuni nümayəndəsinin təyin olunacağı və cərimələrin ödəniləcəyi vaxta qədər qüvvədə qalacaq:

"İnternet provayderlərinə və tətbiq mağazalarına X platformasına girişi əngəlləmək üçün 5 gün vaxt verilir. VPN kimi yollarla X hesabına giriş etməyə cəhd göstərən şəxs və ya quruluşlar cərimə olunacaq”.

Platformanın sahibi İlon Mask isə X hesabında Braziliya məhkəməsinin bu qərarına münasibət bildirib:

"İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş hakim bunu siyasi səbəblərlə məhv edir".

Xatırladaq ki, Braziliya Ali Məhkəməsi X platformasından bəzi şəxslərin istifadəçi məlumatlarını verməsini, bəzi hesabların əngəllənməsini istəmişdi.

Mask isə məhkəmənin tələbini yerinə yetirməyərək, platformanın Braziliyadakı ofisini bağlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol