Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, üçtərəfli bəyanata fraqmental nöqteyi-nəzərdən deyil, bütövlükdə yanaşılmalı olduğunu bildirib.
“Rusiyalı tərəfdaşlarımızın üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb. Ermənistan bu məsələni sabotaj etmir, əksinə, kommunikasiyaların açılmasında maraqlıdır. Bu layihə isə “Sülh kəsişməsi” adlanır”, - Paşinyan deyib.
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq