Milli Məclisin IV çağırış deputatı Tahir Mirkişiliyə məxsus olduğu bildirilən "Ultra Technologies" MMC daha bir tenderin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, tender Aqrar Sığorta Fondu tərəfindən informasiya texnologiyaları avadanlıqlarının, lisenziyalarının, proqram təminatlarının və ofis avadanlıqlarının satın alınması ilə bağlı keçirilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 98 180,72 manatdır.
Bu tenderlə şirkətin 2024-cü ildə qalib seçildiyi satınalma müsabiqəsinin sayı 14-ə çatıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 242 937, 12 manatdır.
"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir.
"Ultra Technologies" MMC 2016-cı ilədək "Ultra Computers" MMC adı ilə fəaliyyət göstərib.
Tahir Mirkişili isə 2000-2011-ci illərdə "Ultra Computers" şirkətində mühəndis, daha sonra isə direktor vəzifəsində çalışıb. Bu baxımdan, mediada şirkətin sahibi kimi onun adı çəkilir. Tahir Mirkişili indiyədək bu iddiaları təkzib etməyib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi