ABŞ-da yaşayan erməniəsilli keçmiş tələbə Aram Branson azərbaycanlılara qarşı sui-qəsd təşkil etmək məqsədilə bomba hazırlamaqda ittiham olunur.
BUTA.TV-ın Azərtac-a istindən məlumatına görə, bu barədə Massaçusets Ştatının Prokurorluğu məlumat yayıb. Bildirilir ki, ştatın Nyuton şəhərinin sakini Çikaqo Universitetindəki yataqxanasındakı otağında partlayış törətdikdən sonra özünün bomba düzəltmək bacarıqlarını gizlətməyə çalışıb. O, həmçinin Loqan Beynəlxalq Hava Limanında çantasında aşkar edilən partlayıcı maddələrə görə federal məmurlara yalan ifadə verməkdə təqsirli bilinir.
İlkin məlumata əsasən, A.Bransonun hazırda İrəvanda Ermənistan Universitetində təhsil aldığı ehtimal edilir. ABŞ-da ona qarşı federal axtarış elan olunub. İttihama əsasən, o, bombanı azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi