Püşk gözlədiyimizdən də çətin oldu. Hətta dördüncü səbətdən gələn rəqibləri belə zəif saymaq olmaz.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Kənan Məstəliyev UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibləri ilə bağlı danışarkən deyib.
“Səfərə gedəcəyimiz komandalar da nəhəng komandalardır. "Tottenhem", "Olimpiakos"un hər ikisi ilə “Qarabağ” səfərdə oynayıb, birin udub, birinə uduzub. Çıxılmaz vəziyyət deyil, püşk çətindir, amma bu qrupdan növbəti mərhələyə yüksəlmək olar. “Qarabağ”ın əgər heyətində zədələr olmasa, tam gücü ilə rəqibə qarşı oynaya bilsə, növbəti mərhələyə yüksələ bilər”, - Məstəliyev bildirib.
Ekspertin sözlərinə görə, Bakıya gələcək “Lion” çox güclü komandadır:
“Lion” böyük tarixə malik, özünəməxsus oyun tərzi ilə fərqlənən komandadır. “Bodo Glimt" də son illərdə uğurlu çıxışları ilə yadda qalıb. "Ayaks", “Lion”, "Olimpiakos" ilə matçlar xüsusi ilə çətin olacaq. Digərləri də asan komandalar deyil. Çox möhkəm, heç bir oyunda rahatlaşa bilməyəcəyimiz komandalarla üz-üzə gələcəyik. Amma “Qarabağ”ın bundan da çətin rəqibləri olub və öhdəsindən gəlməyi bacarıb. Ona görə də biz “Qarabağ”a inanmalıyıq”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi