Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.
BUTA.TV xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanıb. Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib. Ağdam klubu 4 səbətdən 3-sündə yer alıb. Hər səbətdən ona 2 rəqib düşüb.
"Qarabağ"ın rəqibləri
1-ci səbətdən: "Tottenhem", İngiltərə (səfərdə), "Ayaks", Niderland (evdə)
2-ci səbətdən: "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion", (Fransa) (evdə)
3-cü səbətdən: "Malmö", İsveç (evdə)," Bodo Glimt" Norveç (səfərdə)
4-cü səbətdən: "FCSB", Rumıniya (evdə), "Elfsborq" İsveç (səfərdə)
Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.
Qeyd edək ki, 2024/25 mövsümündən başlayaraq yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçib. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.
36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi