Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Yaşat” Fondu və “Sahibkarlar və Türkiyə və Azərbaycan Sənayeçiləri” (TÜİB)” İctimai Birliyinin birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankaraya gəlmiş Qarabağ müharibəsi şəhidlərinin bir qrup qohum və yaxınlarını qəbul edib.
BUTA.TV xəbər verir ki, türkiyəli nazir vətənlərinin ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizədə qəhrəmancasına canlarından keçmiş Azərbaycan övladlarının xatirəsini ehtiramla yad edib.
“Azərbaycan oğulları torpaqlarını geri qaytarmaqla əsl vətənpərvərlik nümayiş etdirdilər. Bu qəhrəmanlar türklərə yaraşan hərəkət ediblər. 44 günlük müharibədə Azərbaycanın şanlı ordusunun əldə etdiyi böyük qələbə Azərbaycan xalqının onilliklər boyu üzləşdiyi ədalətsizliyə son qoydu. Bu qələbə həm də işğal dövründəki qanunsuzluqlara göz yumanların hamısına cavab oldu”, - deyə Gülər bildirib.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, türk xalqının iradəsini qırmağa heç kimin gücü çatmaz.
“Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək bütün dünyaya göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əvəzsiz amildir. Azərbaycanın gücü Türkiyənin qüdrəti, Türkiyənin gücü isə Azərbaycanın qüdrətidir”, - deyə türkiyəli nazir vurğulayıb.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Qarabağ müharibəsində şəhid olanlar arasında Türkiyənin hərbi təhsil müəssisələrinin məzunlarının da olduğuna diqqət çəkib. “Bu, qardaşlığımızın daha bir göstəricisidir. Biz Azərbaycanın yanında olmuşuq və olacağıq”, - deyə Gülər əmin edib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı