Polis rəisinin içərisində olduğu maşın qəzası ilə bağlı məlumat

23:28 - 27 Avqust 2024 - GÜNDƏM

 Polis rəisinin içərisində olduğu maşın qəzası ilə bağlı məlumat

Avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, avqustun 25-i axşam saat 23 radələrində Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.

Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S.Paşayev həyatını itirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol