Hindistanın Baş naziri Narendra Modinin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, liderlər regional və qlobal problemlər, o cümlədən Ukraynadakı vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıb.
“Mən Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha təsdiqlədim. Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və tez bir zamanda normal vəziyyətin bərpa edilməsinin və azlıqların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladıq”, - deyə Modi telefon danışığı haqda X səhifəsində yazıb.
Qeyd edək ki, Modi 23 avqustda Kiyevə səfər etmişdi.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı