Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
BUTA.TV FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Şamxal İdrak oğlu Həsənzadənin axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb