Böyük Britaniya kralı III Çarlzın və onun ailə üzvlərinin illik maaşı məlum olub.
BUTA.TV xarici mediaya istinadla xəbər verir ki, III Çarlzın əsas gəlir mənbəyi hər il ödənilən Suveren qrantdır.
"Bu, təxminən 113 milyon dollardır. Analoji məbləğ daşınmaz əmlakın saxlanmasına, işçilərin maaşlarına və sarayın planlaşdırdığı digər xərclərə sərf olunur. Monarx şəxsi xərclər üçün Lankaster hersoqluğundan pul alır - hər il təxminən 25 milyon dollar. Hökmdarın sərvəti hazırda 750 milyon dollar qiymətləndirilir.
III Çarlzın bacısı Annanın gəliri bir neçə dəfə azdır: 1971-ci ildən o, cəmi 21 milyon dollar qazanıb. Bundan əlavə, əvvəllər kral ailəsinin üzvü Şahzadə Endryu ildə təxminən 330 min dollar alırdı. Buna baxmayaraq, kral vəzifələrindən azad edildikdən sonra Çarlzın kiçik qardaşı daha təvazökar yaşamağa məcbur olub. Bu siyahıya daha əvvəl Meqan Markl və Şahzadə Harri də daxil idi. Ancaq 2020-ci ildən etibarən cütlük kral ailəsindən pul almağı dayandırdı", - məlumatda bildirilib.
- Naxçıvanda smart kart tipli sayğaclar dəyişdirilir
- Bayramov bütün direktorları işdən çıxaracaq: Nə baş verir?
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq