Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyadaəleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub", – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı