Fələstin xalqına, Qəzzadakılara zəfərin yaxın olduğunu deyirəm. Ümid edirik ki, üzərimizdəki tutqun buludlar çəkiləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri HƏMAS-ın sui-qəsd nəticəsində öldürülən lideri İsmayıl Haniyənin oğlu Abdel Salam Haniyə deyib.
O, Haniyənin bu şəkildə ölümünü xeyirli hesab edib:
“Ayrılıqlar çətindir, ancaq bu, xeyirli ayrılıqdır. Dediyim kimi, atamın qanı qəzzalı heç bir uşağın və insanların qanından dəyərli olmadığı kimi, göz yaşlarımız da şəhid ailələrinin göz yaşlarından qiymətli deyil. Fələstin xalqının liderləri və ailələrinə bu qutlu zəfəri yaşadacağıq. Ümid edirəm, mesajım bütün islam və ərəb ölkələrinin paytaxtlarına gedib çatar. İsrailin bölgədəki işğalı və mövcudluğu sona çatacaq və bunu qeyd edəcəyik. Dağıntılar, işğallar, soyqırımlar olsa da, bu mübarizəmizdən geri çəkilməyəcəyik”.
Qeyd edək ki, İsmayıl Haniyə 30 iyulda Tehranda qaldığı iqamətgahda 31 iyula keçən gecə raket zərbəsi nəticəsində öldürülüb.
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı