Azərbaycanda gənc müğənni faciəvi şəkildə ölüb.
XALQ.AZ-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxt Bakıda baş verib. 24 yaşlı Tağıyeva Həmidə Elşən qızı yanıq xəsarətləri alaraq, dünyasını dəyişib.
Onun ölümü ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilir. İlkin versiyaya görə, onu qəsdən yandırıb öldürüblər. Digər iddia isə xanım müğənninin intihar etməsidir. Başqa bir versiyaya görə isə o, ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Bunlarla yanaşı mərhumun avtoqəza zamanı yanaraq ölməsi barədə də fikirlər bildirilir.
Məlumata görə, mərhum müğənni Bərdə rayon sakini olub. O, Mingəçevir şəhərində təhsil alıb. İllər öncə Bakıya köçərək, restoranlarda müğənnilik edib.
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı

