Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Araz Naxçıvan"la matçdan sonra mətbuat konfransında deyib.
"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. "Araz Naxçıvan"ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq", - Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qələbə qazanıb.
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı