UEFA Konfrans Liqasının üçüncü mərhələsinə yüksələn "Zirə"nin rəqibinin adı bəlli olub.
BUTA.TV xəbər verir ki, bu mərhələdə "Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.
Təmsilçimiz ilk matçını avqustun 8-də səfərdə keçirəcək. 1 həftə sonra isə “Zirə” rəqibini Bakıda qəbul edəcək.
Qeyd edək ki, “Osiyek” II təsnifat mərhələsində “Levadiya”nı (Estoniya) mübarizədən kənarlaşdırıb. Xorvatiya təmsilçisi öz meydanında 5:1, bu gün keçirilən cavab görüşündə isə 1:0 hesablı (ümumi nəticədə 6:1) qələbə qazanıb.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış