Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı zamanı Ərdoğan Parisdə Olimpiya Oyunlarının açılış mərasimində nümayiş etdirilən əxlaqsız səhnələri tənqid edib.
Türkiyə lideri bu addımların hiddət və kəskin reaksiyalara səbəb olduğunu diqqətə çatdırıb:
“İfadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalanılıb, dini və əxlaqi dəyərlərin ələ salınıb. Bu, xristian dünyası qədər müsəlmanları da incidib. Birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik. İnsanları birləşdirmək üçün keçirilən Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq, təbliğat aparmaq doğru deyil”.
Bundan başqa, tərəflər Yaxın Şərqdə davam edən müharibəni və HƏMAS lideri İsmayıl Haniyənin ölümünü də müzakirə ediblər.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı