İtaliyanın paytaxtı Romada güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, yanğın nəticəsində sakinlər küçələrə axışıb, dörd bina və “Rai” televiziyasının inzibati binası boşaldılıb.
“Rai1” kanalında yayıma fasilə verilib. Piazzale Klodio ərazisində əsas yollar bağlanıb. Park edilmiş bəzi avtomobillər qismən yanıb.
Əraziyə on yanğınsöndürmə briqadası, mülki müdafiə qüvvələrinin könüllüləri və üç helipokter cəlb olunub.
Yüksək temperatur və külək alovun geniş əraziyə yayılmasına səbəb olub.
Roma meri Roberto Qualtieri bildirib ki, yanğın Monte Mario təpəsinin yamaclarındakı alovdan qaynaqlanıb.
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır