Meta-nın qurucusu Mark Zukerberq seçkilər öncəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın və ya hazırkı Amerika lideri Co Baydenin namizədliyini dəstəkləməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Zukerberq Trampı və ya Baydeni dəstəkləməkdən imtina edib və əlavə edib ki, onun heç bir şəkildə seçkiyə qarışmaq planları yoxdur”, - deyə bildirilib.
Zukerberqin sözlərinə görə, insanlar Meta-da daha az siyasi məzmun görmək istəyirlər. O əlavə edib ki, şirkət artıq istifadəçilərinə daha az siyasi məzmun tövsiyə edir.
“Düşünürəm ki, keçmişlə müqayisədə bu seçkidə xidmətlərimizin daha az rol oynadığını görəcəksiniz”, - deyə o bildirib.
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı