Mina hadisələrinin əksəriyyəti keçmiş sərhəd xəttindən kənarda baş verir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
"Mina partlayışlarının 70 faizinin keçmiş sərhəd xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. Bu səbəbdən, əməkdaşlar təmizləmə prosesinə həddindən artıq diqqətlə yanaşırlar.
Bu günədək 148 min hektardan çox ərazi minalardan təmizlənib. 124 mindən çox mina və partlamamış hərbi sursat isə zərərsizləşdirilib", - o qeyd edib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir