Ermənistanda keçirilən “Dubay İnvestisiya” sərgisində iki gün ərzində 60 milyon dollar dəyərində daşınmaz əmlak satılıb. Nəticə o qədər gözlənilməz olub ki, sərginin təşkilatçıları dərhal İrəvanda filial açmaq qərarına gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Past” (The Past) qəzeti öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, satılan əmlakların əksəriyyətini bir, iki və üç otaqlı mənzillər olub. Sərginin təşkilatçısı Qazaxıstan, Ukrayna, Tailand və BƏƏ-də böyük təcrübəyə malik “Elit Stroy Property” şirkətidir.
Şirkət əməkdaşları filialın açılması ilə bağlı xəbəri təsdiqləsələr də, müştərilərlə bağlı məlumat verməyiblər.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir