İsrailin Qəzza zolağında 10 ay davam edən hərbi əməliyyatı zamanı 40 minə yaxın fələstinli mülki şəxs həlak olub, 90 min nəfər isə yaralanıb.
BUTA.TV xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının sədri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı deyib.
“İsrailin amerikalı müttəfiqləri ilə birlikdə apardığı genişmiqyaslı hərbi əməliyyatın nəticəsi 300 gün, 10 ay ərzində belə desək, təxminən 40 min ölü, 90 min insan itkisi və dağıntı statistikası oldu. Bu, Ukraynanın cənub-şərqində on il davam edən münaqişə zamanı hər iki tərəfdən mülki itkilərin sayından iki dəfə çoxdur”, - deyə nazir qeyd edib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir