ABŞ mümkün olan ən qısa zamanda sülh müqaviləsinin imzalanmasını istəyir. Rəsmi Vaşinqtonun geosiyasi maraqları, eyni zamanda Rusiya faktoru bunu tələb edir.
Bu sözləri BUTA.TV-a ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlamaları ilə bağlı danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Vaşinqtonun Moskvanı bölgədən çıxarmağa hazırlaşdığını bildirib:
“Sülh əldə olunandan sonra ABŞ-ın Ermənistana yerləşməsi və oradan Rusiyanın qovulması prosesi daha asan olacaq. Hətta son iki ildir ki, aktiv şəkildə Ermənistanda keçirilən hərbi təlimlər, Blinkenin köməkçilərinin səfərləri buna xidmət edir. Hazırda orada “Eagle Partner-2024” təlimi də əslində Rusiyanın Ermənistandan çıxarılmasının məşqidir”.
Turab Rzayev Azərbaycanın qəti mövqe sərgilədiyini və şərtlərin yerinə yetirilməsini tələb etdiyini vurğulayıb:
“Azərbaycan hələ də işğal altında olan anklavların qaytarılmasını, Ermənistan Konstitusiyasından ölkəmizə ərazi iddialarının çıxarılmasını tələb edir. Miller də “hər iki tərəf komromisə getməlidir” deyərkən bunu nəzərdə tutur. Ancaq bütün hallarda Azərbaycanın milli təhlükəsizliklə bağlı narahatlıqları qəbul edilməlidir. Çünki bu tələblər yerinə yetirilmədən sülh müqaviləsinə imza atmaq göz görə-görə tələyə düşmək və öz gələcəyini təhlükəyə salmaqdır. Ona görə də ABŞ həqiqətən sülh istəyirsə, bunu mütləq nəzərə almalı, bölgədə Ermənistanla keçirdiyi təlimlərlə gərginliyi artırmaq yerinə, Ermənistana təzyiq göstərməlidir”.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir