Ermənistanda iqtisadi aktivlik may ayında 10%-dən 5,2%-ə düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Dünya Bankının aylıq icmalında bildirilib.
Bankın məlumatına görə, Ermənistan dramı iyunda Rusiya rubluna nisbətdə 6,3% ucuzlaşıb.
"Bu, əsasən sənaye istehsalının və ticarət həcminin azalması ilə bağlıdır. Sənayedə artım 16,6%-dən 6,9%-ə düşüb. Apreldə 27%-ə olan göstəricilər may ayında 11,5%-ə qədər geriləyib”, - deyə hesabatda bildirilir.
Bundan əlavə, ticarət sektorunda azalma qeydə alınıb - apreldə 27,2%-olan rəqəmlər bir aydan sonra 17,6%-ə qədər enib.
Pul köçürmələri də 44% azalıb. Əsasən Rusiyadan transferlər 55% azalıb. ABŞ-dan isə 4% artıb.
Bank 2023-cü ilin oktyabr ayından bəri ilk dəfə olaraq qiymətlərdə cüzi artım qeydə alıb. Bu, nəqliyyat sektorunda (10,8%) qiymət artımı ilə bağlı olub.
Ermənistanın ehtiyatları isə artmaqda davam edib və iyunda 126,6 milyon dollar artaraq, 3,34 milyard dollara çatıb.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir