Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Qazaxıstana səfəri çərçivəsində hərbi gəmilərindən birini ziyarət edib.
BUTA.TV xəbər verir ki, gəmiyə ziyarət Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə baş tutub. Gəmi gəzintisi zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.
Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.
Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir