Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş yaxın 2-3 ay ərzində üçüncü ölkədə baş tuta bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyət” mənbələrə istinadən məlumat yayıb.
“Rusiya, Türkiyə, İran və Dəməşq rejimindən ibarət dördlüyün kəşfiyyat toplantısı ötən ilin sentyabrında keçirilməli idi. Lakin Suriyanın ilkin şərtlərinə görə görüş baş tutmadı. Bu proses zamanı, xüsusən də son vaxtlar əsas iştirakçılardan müsbət mesajlar gəlməyə başladı. Rusiya hərəkətə keçdi. Bir müddət əvvəl Moskva Ankaraya üz tutdu və bu ayın sonunda dördlüyü kəşfiyyat nümayəndələri ilə birgə görüşə çağırdı”, - deyə nəşr qeyd edib.
Nəşrin məlumatına görə, kəşfiyyat orqanlarının nümayəndələrinin görüşündən sonra XİN rəhbərlərinin görüşü baş tuta bilər:
“Əgər bu iki proses işləsə, liderlərin iki-üç aydan sonra üçüncü ölkədə görüşməsi heç kəs üçün sürpriz olmayacaq”.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir