ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Çox düşündükdən sonra və bir çox iddialıların möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vensdır”, – o qeyd edib.
Qeyd edək ki, 39 yaşlı Devid Vens Trampın sərt tənqidçilərindən olsa da, 2018-ci ildə ona dəstəyini nümayiş etdirmişdi.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir