ABŞ-ın keçmiş prezidenti Donald Tramp mitinqində baş verən sui-qəsd cəhdindən sonra iş qrafikini dəyişməyəcək və bazar günü respublikaçıların qurultayına qatılmaq üçün Miluokiyə gedəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
"Dünənki dəhşətli hadisələrə görə mən respublikaçıların Milli Konvensiyasına görə Viskonsin səfərimi iki gün təxirə salmaq niyyətində idim, amma indicə qərara aldım ki, atəş açan şəxsin cədvəlimi dəyişməsinə icazə verməyəcəm", - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp ötən gün Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı sui-qəsd cəhdinə məruz qalıb. O, qulağından güllə yarası alıb.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir