ABŞ-ın Ermənistanın müstəqilliyi və təhlükəsizliyində maraqlı olduğuna dair ictimaiyyətdə formalaşan fikir əslində səhvdir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ-dakı erməni diasporunun aktiv üzvü, “Kaliforniya Kuryer” qəzetinin baş redaktoru Arut Sasunyan deyib.
“ABŞ-ın fəaliyyəti Rusiyanın Cənubi Qafqaz və digər regionlardakı təsirinin ləğvinə yönəlib. Bu, məhz ABŞ-ın maraqlarına uyğundur. Demokratiya, sülh, müqavilə – bütün bunlar sadəcə sözdür, yalnız həqiqəti görməyənlər bunlara inana bilərlər. ABŞ vəzifəlilərinin erməni demokratiyası barədə tərifləri sadəcə hazırkı hakimiyyətin Vaşinqtona lazım olan hər şeyi etməsi ilə bağlıdır. ABŞ üçün indi Rusiyanın çıxarılması ilə yanaşı, Zəngəzurdan keçəcək dəhliz də vacibdir”, Sasuyan iddia edib.
O deyib ki, böyük oyunçular Ermənistanı kiçik, əhəmiyyətsiz, Azərbaycan və Türkiyəni isə daha vacib ölkə kimi qəbul edirlər:
“Yəni Ermənistandan fərqli olaraq Ankara və Bakı bütün tərəflərdən fayda əldə etmək üçün diplomatik oyunları necə oynamaq gərəkdiyini bilirlər”.
- “Mersedes”lə qəza törətdi: anası öldü
- XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video