Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf ilə ölkələr arasında münasibətləri müzakirə edib.
BUTA.TV xəbər verir ki, görüş Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumu çərçivəsində baş tutub.
Tərəflər Ermənistan-İran münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran sektorlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.
Ermənistan-İran parlamentlərarası əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və sülhlə bağlı məsələlər də müzakirə olunub.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video