Paytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində "Hunday" markalı, 10 RM 044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Qalib oğlu Abdullazadə və VAZ-21705 markalı, 10 XO 034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Erol Azər oğlu Quluzadə avtoxuliqanlıq hərəkətləri etdikləri üçün idarənin əməkdaşları tərəfindən saxlanılıblar.
Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.
Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video