Qaradağ rayon prokuroru vəzifəsinə təyinat olub.
Baş Prokurorluğun mətbuat xidmətində BUTA.TV-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Fərid Nağıyev gətirilib.
F.Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.
Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. T.Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video