Bir neçə gündür İçərişəhərdə, Qoşa Qala qapısının böyründə hansısa obyektin tikinti işləri aparılır.
BUTA.TV xəbər verir ki, Əziz Əliyev küçəsində, qala divarlarına bitişik inşa olunan “obyekt”in təyinatı bəlli deyil. Tikili həm qala divarlarının önünü kəsir, həm də onsuz da ensiz olan Əziz Əliyev küçəsində hərəkət imkanını bir qədər də məhdudlaşdırır.
Həm Bakı şəhər İcra Hakimiyyəti, həm də “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tikintinin onlara aid olmadığını bildirir: Qoruq İdarəsi bunu İçərişəhərin ərazisindən kənarda olması ilə izah etməyə çalışır, Bakı meriyası isə qala divarlarına bitişik olduğu üçün onların səlahiyyətində olmadığını bildirir.
Bakıda “neytral ərazilər”mi var və bu “neytral”, heç “kimin məsuliyyət daşımadığı” ərazilərdə hər kəs istədiyini edə bilər?
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video