Naxçıvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Muxtar respublikanın Daxili İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Məmmədov saxlanılıb.
Araşdırmalarla onun özünü hüquqşünas kimi təqdim edərək, cəzaçəkmə müəssisəsində olan bir nəfərin cəzasını azaltmaq adlı ilə yaxınlarından dələduzluq yolu ilə pul aldığı məlum olub.
Ə.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video