Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə və Avroviziya üçüncümüz Aysel Teymurzadə (Adıgözəlzadə) boşanma xəbərlərini yalanlasa da, məsələnin doğru olduğu üzə çıxıb.
İddia olunduğu kimi, boşanmaq istəyən Aysel yox, Murad Adıgözəlzadədir. Onun da bunun üçün səbəbi var. İddia olunur ki, Adıgözəlzadənin bu günlərdə başı işdə eşq macərasına qarışıb. O, filarmoniyada fəaliyyət göstərən skripkaçı N.A adlı xanımla sevgi münasibəti yaşayır. Hətta Murad onunla evlənmək niyyətindədir. Bu səbəblə də Teymurzadə ilə olan izdivacını pozmaq qərarına gəlib.
Aysel isə uğruna karyerasından xətt çəkdiyi həyat yoldaşının xəyanətindən xəbərdar olsa da, ondan boşanmaq istəmir. Sənətçinin ayrıldığını göstərmək istəməməsi də bu səbəbdəndir.
Qeyd edək ki, cütlüyün 3 övladı var. (olay)
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat
- Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi