Xəzər dənizində balıqların kütləvi şəkildə ölməsi haqda məlumatımız var. Lakin səbəbləri haqda hələlik dəqiq nəsə demək mümkün deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Xəzər dənizdə balıqların kütləvi ölməsinin səbəbləri haqda danışarkən deyib.
“Balıqların hansı səbəbə görə kütləvi ölməsini müəyyən etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib. Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə olunan kimi ətraflı məlumat veriləcək”, - İ.İbrahimova bildirib.
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü