Yaxın 10 il ərzində heç kim Ukraynaya NATO-ya qəbul olmaq vədi verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Ukraynanın NATO-ya 2 və ya 3 ildən sonra deyil, 10 ildən sonra qəbul olunma ehtimalı ilə bağlı suala Stoltenberq belə cavab verib:
"Heç kim demədi ki, məhz 10 ildən sonra, amma Ukraynanın qəbulu məsələsinin çox ciddi olduğu göz qabağındadır. Etməli olduğumuz ən vacib şey Ukraynanın qalib gəlməsi üçün dəstəyi gücləndirməkdir.
Bu, Ukraynanın gələcək üzvlüyü üçün şərtdir. Bizə uzunmüddətli və ədalətli sülh lazımdır. Buna nail olmağın yeganə yolu prezident Putini döyüş meydanında qalib gəlməyəcəyinə inandırmaqdır.Putini döyüş meydanında qalib gəlməyəcəyinə inandırmağın yeganə yolu Ukraynaya hərbi yardım göstərməkdir".
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı