Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı AB üçün qalmaqaldır.
BUTA.TV xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Natali Luazo deyib.
"Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağ şəhərində iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın Baş naziri Orban Kipr problemini şübhə altına alırmı?" - o bildirib.
Qeyd edək ki bundan öncə AB baş diplomatı Borrell də “narahatlığını” ifadə etmişdi. Luazonun “hətta Qarabağ şəhərində iştirakı” sözləri isə siyasi əxlaqsızlığın son həddini də aşmaqdır. Şuşa Azərbaycanın şəhəri, Qarabağ Azərbaycan ərazisidir və bu, bütün beynəlxalq təşkilatlarda hər zaman belə də tanınıb. Luazonun bunu vurğulaması AP-də hansı təfəkkür daşıyıcılarının təmsil olunduğunu göz önünə sərir. Təsadüfi deyil ki, AP vaxtaşırı olaraq Azərbaycana qarşı “qətnamələr” çıxarır.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı