ABŞ-ın Arkanzas ştatının Kemden şəhərində “General Dynamics Ordnance and Tactical Systems” müdafiə zavodunda baş vermiş partlayış nəticəsində azı iki nəfər yaralanıb, bir nəfər itkin düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.
Məlumat görə, zavod xüsusilə 155 mm və 105 mm çaplı artilleriya mərmiləri istehsal edib.
“Biz hazırda fövqəladə hallar xidmətləri ilə işləyirik və insident nəticəsində ən azı iki nəfərin yaralandığını və bir nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik”, - deyə zavodun əməkdaşı bildirib.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı