İyulun 2-də axşam saatlarında bütün dünyada istifadəçilər Teleqramda problemlərlə üzləşiblər.
BUTA.TV xəbər verir ki, mesencer düzgün işləməyib, mesajların və media fayllarının yüklənməsi çox vaxt aparıb.
İnsanlar mesajların və şərhlərin yüklənməsi ilə bağlı problemlərdən şikayətləniblər. Bəzi hallarda onları göndərmək və oxumaq mümkün olmayıb.
Dünyanın müxtəlif yerlərində istifadəçilər oxşar problemlər yaşayırlar. Ən çox narazılıq ABŞ, Rusiya və Avropanın sakinlərindən gəlib, lakin Braziliya, Argentina və Misirdən də şikayətlər var.
Teleqram nümayəndələri fəaliyyətdəki problemlərə münasibət bildirməyiblər.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı